“Qurban Qurbanov Azərbaycan futbolunun əfsanəsidir” – Sxadadzebackend

“Qurban Qurbanov Azərbaycan futbolunun əfsanəsidir” - Sxadadze

“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı mənə zəng edərək vəziyyəti bildirdi. Birlikdə yaxşı işlər görə biləcəyimizi dedi. Ondan sonra gəlməyə qərar verdim”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı təcrübəli mütəxəssis “Qəbələ”də uğurlu ola biləcəyinə inandığını deyib: “Bu kluba hörmət edirik. Adı və ənənələri olan komandadır. İnfrastruktur əladır, azarkeşlərə, rəhbərliyə hörmət edirik. Bu çətin vəziyyətdən çıxmalıyıq. Azərbaycan Premyer Liqasını izləyirdik, bilirik ki, burada nə necədir. Dünən Bakıya gələndə özümü evdəki kimi hiss etdim. İlk oyunumuz “Qarabağ”a qarşı olacaq. Qurban Qurbanov Azərbaycan futbolunun əfsanəsidir. Yeri gəlmişkən, Azərbaycan xalqını “Qarabağ”ın Avropa Liqasında 1/8 finala çıxması münasibətilə təbrik edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*