Rasim Musabəyovun “azərbaycanlı” kompleksi: SƏBƏB VƏ NƏTİCƏLƏRbackend

Rasim Musabəyovun “azərbaycanlı” kompleksi: SƏBƏB VƏ NƏTİCƏLƏR

Surxay Atakişiyev

Karnaval mental dəyərlərimizə yaddır. Olsun. Amma mən karnavalı xoşlayıram. Karnaval əyləncəli olduğu qədər də insanlar arsında səmimiyyət yaradan bir tədbirdir. Çünki, karnavalda hamı maska geyinir. Maskanın arxasında isə kimin olduğunu ilk andan müəyyən eləmək çətin olur. Ona görə də hamı bir-birinə həddən-ziyadə nəzakətli davranır, diqqətlə yanaşır. Bax, mənim də ən çox xoşuma gəlan karnavalın bu özəlliyidir. Ən azı 2 saatlığına da olsa, çirkinə gözəlsən deyirsən, bir könül sevindirirsən. Məncə, çox adildir.

Amma nə yazıq ki, bəzi insanlar həyatları boyu özlərini karnavaldakı kimi hiss edir, maskada gəzirlər. Bu, o adamların xislətindən irəli gəlir. Çünki bu cür adamlar olduqları kimi deyil, göründükləri kimi olmağa çalışırlar. Amma gec-tez onların maskaları düşür. Ya ortalıqda çox atılıb düşdüklərinə görə, ya da maskaları köhnəldiyinə görə. Eynən Rasim Musabəyov kimi. Nəhayət, Rasim bəyin də maskası düşdü. Və hamı onun nə məzhəbə, daha doğrusu kimlərə xidmət etdiyini gördü və bildi.

Rasim Musabəyov “azərabycanlı” kompleksi olan adamlardandır. Çox təəssüf ki, bu gün cəmiyyətimizin aktiv fazasında belələri kifayət qədərdir. Onlar heç vaxt azərbaycanlı olmaqları ilə öyünmürlər. Əksinə azərbaycanlı olduqlarını gizlətməyə çalışırlar. Məsələn, bir çox üzdəniraq soydaşlarımız Biləcəridən o yana keçən kimi özlərini “yevrey” kimi təqdim edirlər. Bakıda qalanlar isə özlərini daha çox beynəlmiləlçi kimi təqdim edirlər. Bu cür adamlar lənkəranlı, gədəbəyli, gəncəli, qubalı olmaqdan daha çox avropalı, yada ki, “rossiyski parin” kimi tanınmaq istəyirlər. Ən xırda fürsətdə də bunu avropalılara və yaxud Moskvaya sübut etməyə çalışırlar. Elə Rasim Musabəyov kimi…

Rasim bəyin NTV kanalından səsləndirdiiyi fikirlər məhz “azərbaycanlı” kompleksinin simptomlarıdır. Belələrində milli mənsubiyyətlərinə, yəni türkçülüyə qarşı bir antipatiya var. Bu da onların durmaq istədikləri (durduqları yerdən yox haaa) yerdən Azərbaycana olan baxış bucağıdır.  Musabəyovçular avropalılar kimi türklərə (azərbaycanlılara da) köçəri, keçmişi və gələcəyi bilinməyən, məqsədləri ancaq baş kəsmək olan terrorçu kimi baxırlar. Çünki, bu adamlar azərbaycanlı yox, avropalı olmaq arzusu ilə alışıb-yanırlar. Avropalıların gözündə isə türklər və müsəlmanlar məhz yuxarıda dediyimiz kimi xarakterizə edilirlər. Bu cür adamlar həyatları boyu rusca, ingiliscə, fransızca, almanca düşünüb Azərbaycanca danışmaq məcburiyyətində qalıblar. Eynən Rasim Musabəyov kimi. Ona görə də onlar danışanda daha çox eeeeeeləyirlər. Çünki Azərbaycanca fikirlərini ifadə etməkdə çətinlik çəkirlər və yaxud bu dildə danışmaq istəmirlər. Bu adamlar qeyri-rəsmi yerlərdə bir qayda olaraq Azərbaycanca danışmırlar. Ya rus dilində, ya da Avropa dillərində türklər demiş “mırıldanırlar”.  Soruşanda da deyirlər ki, “fikrimi rusca daha yaxşı” ifadə edirəm. Azərbaycanca danışanlara isə “çuşka” kimi baxırlar.

Ən dəhşətlisi isə bilirsiniz nədir? Bu gün cəmiyyətimizdə qeyri-Azərbaycan dilləri güclü şəkildə təşviq edilir. Az qala süpürgəçini, gözətçini işə qəbul edən zamanı əksər dövlət və qeyri-dövlət təşkilatları respodentdən daha çox hansı xarici dilləri bildiyini soruşur. Azərbaycan dilini soruşan yoxdur.  Bu isə qorxulu tendensiyadır. Və gənclərimizdə Dövlət dilinə qarşı sevgini sarsıdır. Nə isə, mətləbdən çox uzaqlaşmayaq…

Fikir verdinizsə, NTV kanalında Rasim Musabəyov çox səlis danışırdı. Necə deyərlər ”rus dilini su kimi içirdi”. İndi durub deyəsən ki, “Ay Rasim Musabəyov rusca dediyini indi də Azərbaycanca de”. Yenə başlayacaq eeeeləməyə. Yəni bu adam Azərbaycanca danışmağı özünə ruslar demiş “zapodlo” sayır.

Deməyim odur ki, bu gün Rasim Musabəyov kimi “azərbaycanlı” kompleksi olan məmurlarımız, deputatlarımız, kommersantlarımız kifayət qədərdir. İndiki həssas dönəmdə bu barədə ciddi düşünməyə ehtiyac var.

O ki, qaldı Rasim Musabəyovun dediklərinə və sonradan verdiyi təkzibə. Rasim bəy siyasətdə piyada adam deyil. Ən azı bu sahədə 35-40 illik təcrübəsi var. Ona görə də o, nə dediyini və nə üçün dediyini çox gözəl bilir. Rasim Musabəyov kimilər Azərbaycanda Türkiyəninin yox, Rusiyanın, Avropanın və ABŞ-ın möhkəmlənməsini arzulayırlar. Çünki onlarda “azərbaycanlı” (türkçülük) kompleksi var. El dili ilə desək, qanında azərbaycanlı qanı axmır.

KONKRET.az

P.S.Rasim Musabəyovun siyasi mənsubiyyəti barədə dəyərli oxucularımıza bir xatırlatma etmək istəyirəm. O, 1990-2000-ci illərdə Mütəllibobçu, 2000-2010-cu illərdə Musavatçı, 2010-2020-ci illərdə isə “qatı” Əliyevçi olub.

  • Naməddin
    Dekabr 7, 2020 - 15:13

    1990-cı ilə qədər də Leninçi olub…

Naməddin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*