- Qardaş Türkiyə ilə Sovetlər Birliyi arasında bağlanmış Dostluq və Əməkdaşlıq haqqında müqavilə”yə Stalın tərəfindən saldırılmış gizli bəndə görə, ölkədə əks-kommunist cəbhəsində geniş fəal mücadilə aparan müsavatçı mühacirlər məmləkətdən çıxarılmalıydılar. (21 aprel 1931) Atatürkün böyük ürək yanğısı ilə razılaşdığı bu şərtdən nə dahi müsavatçı öndərimiz Məmməd Əmin Rəsulzadə, nə sədaqətli Müsavat amalçısı Mirzəbala Məmmədzadə , nə də digər mübarizə silahdaşları incimədilər. Çünki Ankaranın ağır siyasi-iqtisadi və uluslararası durumu mühitində həmin addım labüdləşmişdi. Almaniyaya gələn Müsavat firqəsinin başqanı “İstiqlal” gündəcini (qəzet) nəşrə başlayaraq, Berlində və dünyanın çeşidli bölgələrində yaşayan azərtürklərini qürbətdən ucalan səsiylə bolşevik qəsibkarlarına qarşı vuruşlara çağırdı. Berlində “Qurtuluş” dərgisi (qəzet1934) və “Azəri türki” gündəci (1938) yalançı fəhlə-kəndli hakimiyyətinin pərdəsinə bürünmüş Stalin diktadurası əleyhinə yazılarıyla müsavatçıları çətin amallar savaşının ön səngərlərinə doğru səsləyirdi. 1936-cı ilin sentyabrın 18-də Varşavada Müsavat firqəsinin qurultayında qurumun yeni tüzük və önətimi (proqram və nizamnamə) yarandı. Almaniya ilə ilişkilərini bir an belə unutmayan M.Ə.Rəsulzadə orada “Azərbaycan” və “Odlu yurd” gündəcləri təriqiylə (37 və 38-ci sənədlər) rusların azərtürk müsavatçı vətənpərvərlərə qarşı qırmizi terrorunu dünyaya car çəkir, ulusları bu bəşəri təhlükə əlüehinə birləşməyə dəvətdə bulunurdu. Təbii ki, Alman kəşfiyyatı müsavatçıların və onların öndərinin yorulmaz fəaliyyətinə dair bilgiləri faşist rəhbərliyinə çatdırırdı.
1941-ci il noyabrın 7-də axşam artıq Ruminiyada yaşayan və vuruşan Müsavat öndəri fürer-kansler Adolf Hitler tərəfindən Berlinə çağırıldı. SSRİ-lə müharibəyə başlamazdan 3 ay öncə Hitler “Şərq Nazirliyi” yaratmış, onun rəhbərliyinə baş faşist amalcısı (ideoloq) Rozenberqi qoymuşdu. Siyasi, iqtisadi və idarə şöbələrinə malik başqanlığın bölməsinin müdirliyinə professor fon Mende başçılıq edirdi. O, öndərimizi Rozenberqlə görüşdürdü. Müharibə gedişində yüz minlərlə əsir alınmış zavallılar icrə yəhudi “aşağı təbəqəsi”nə mənsublar kimi minlərlə azərtürk döyüşcülərimiz güllələnmişdi. Rəhbərimiz, azərtürk və yəhudi soyları içrə içra olunan sünnət ayının incə fərqlərini görmək və nəticə çıxarmaq üçün Şərq Nazirliyi başqanına önəmli məsləhətlər verdi. Rozenberqin qılıqları sayəsində Hitlerin gösrətişilə çox gizli şəkildə Böytülmüqəddəs müftisi (Yerusəlim) Nəsib Əl-Hüseyin Almaniyanın başkəndinə gətirildi və Məmməd Əmin Rəsulzadənin iştirakıyla, ölüm düşərgələrində saxlanılan əsir balalarımızın yəhudi şübhəlilərdən seçim əməliyyatı başladı. Çünki artıq Hitler hədsiz inandığı Rozenberqin təkidiylə belə görünməz təşəbbüsə razılıq vermişdi.
Güney-Quzey Azərbaycandan başqa beynəlxalq dünyada da ölcüyə gəlməz nüfuz səviyyəsindən xəbər verməkdəydi. Məsələ burasındadır ki, azərtürk-yəhudi zünnət ayinlərindəki xırda icra fərqini alman tərəfi öncə bilmirdi, yəni bilicilərdən tənazül üzvünün baş dəri örtüyünün tamam, yəhudilərdə isə qismən götürülməsindən faşist yuxarıları və aşağıları xəbərsiz qalmışdı. Bir də ki, qəddar kommunistlərin allahsızlıq mühitindəki böyümüş gənclərimizin xeyli hissəsi “kəlmeyi-şəhadət”lərini qavramamışdır, beləliklə, məlum əsirlikdə on minlərlə eloğlumuz yəhudilər kimi gülləbarana məruz qoyulmuşdular. Savaşlar tarixində rast gəlinməyən yeganə hadisədir ki, fürer bizim öndərimizə, komsomolçu və kommunist olmayan soydaşlarımızın ölüm düşərgələrindən azad edilərək, qardaş Türkiyəyə göndərilməsinə yol açmışdı.
Kəsəsi, yuxarıda söylənilən sünnət əməliyyatiylə yanaşı tərəfsiz həmvətənlərimiz üç il ərzində 116 min olmaqla, dost ölkəyə yollanılaraq, kəndi azadlığını tapdı. Əslində bu, əksər əsirlərimizi ehtivalayırdı. M.Ə.Rəsulzadənin və Türkiyə dövlətinin nüfuzları ağlagəlməz əməliyyatı gerçəkləşirdi. Müsavat başqanının Hitler Almaniyasının 3-cü şəxsi Rozenberqlə görüşlərinin əməli sonuncu belə uğurlu keçdi. Üzərindən quşlar səkə bilməyən Mauthauzen, Osventsim, Buhenvald, Daxu kimi cəhənnəmlərə addımlayaraq, oğullarımızı həyata qaytaran öndərimizi çağdaş gəncliyimiz bir an da olsun unutmamalıdır. Onu həmin səfərlərdə sədaqətli Mirzəbala Məmmədzadə və yüzbaşı (mayor) Fətəlibəy Düdəngəli müşayət etmişlər.
Şərq Nazirliyinin başqanı Rozenberq, onun köməkçisi Mayor və şöbə müdiri fon Mende o vaxtki taleyimiz üçün önəmli daha bir addım atdılar. Müsavat rəhbərimizin fürerlə üz-üzə diplomatik görüşünü həyata keçirdilər. 8 dekabr 1943-cü ildə Reyxstaqın zirzəmisindəki fürerin şəxsi aşxanasında süfrə başında Hitler, qərargah rəisi Keytel , 2-ci ordu komandanı Mendel, imperiyanın 2-ci şəxsi Borman və yuxarıda sözü gedən üç nəfər, bir də fürerlə qarşı-qarşıya əyləşmiş Məmməd Əmin Rəsulzadə saat düz 13.00-da mərhamanə bir söhbətə başladılar. Sükutu fürer pozdu:
Fürer: – Cənab Rəsulzadə, inişil Azərbaycan legionerləri önündəki çıxışınızda onların, guya öz azadlıqları uğrunda mübarizəyə qalxan xalqlara qarşı vuruşlarını istisna etmişsiniz. Bu doğrudurnu?
Son on sənədə alman, polyak və rumın dillərini kamil mənimsəmiş öndərimiz məclisdə mütərcimsiz ilk sözünü gizlətmədən söylədi:
M.Ə.Rəsulzadə: – Bəli, cənab fürer. Biz yalnız rus bolşeviziminə zərbə vurmaq üçün alman ordularına dəstək vermək istərdik.
Bu zaman süfrəyə 7 yaşıl dərin cini kasalar gətirildi. Sirkə fincanlarına və buğlanan nanəli isti düşbərə kasalarına heyrətlə göz qoyan öndər, sağ tərəfində oturmuş Rozenberqin boğuq səsini eşitdi:
Rozenberq: – Cənab Rəis. Bizim əzəmətli fürerimizin baş aşbazı sizin Gədəbəyin mis mədənlərinin hörmətli aparıcı mühəndisinin yeganə oğludur. Görünür, sizin diyarın ləziz xörəklərindən birini bu günki varlığa (menyu) salarkən, o günlərinə qayıtmaq istəyib.
Fürer ağ cörək tikəsini barmaqları ucunda sıxaraq “Müzəffər alman orduları bolşeviklərlə tarixi işini bitirən kimi mən Sizi güneyli-qüzeyli Bütöv Azərbaycanın və tamam Qafqazın baş canişini təyin edəcəyəm. Razısanmı? – deyə müsahibinin düz gözlərinin içinə baxdı.
M.Ə.Rəsulzadə: – Razıyam, cənab kansler. Bir şərtim var, gərək qalib Almaniya mənim Bütöv Azərbaycanımın dövlət müstəqilliyini tanısın, suverenliyimizə hörmətlə yanaşsın.
Hitler əsəbi görkəm aldı, lakin birdən sakitcə bunları dedi: – “Bakı ayrıca coğrafi-siyasi vahid, siz isə bu böyük bölgənin canişin hakimi olursunuz, cənab Rəsulzadə”.
Müsavat başqanı yenə cəsarətlə etirazını bildirdikdə, artıq boş kasaların diblərinə son qaşıqlar edirdi.
Fürer daha kəskin səslə ucadan qışqırdı: – “Mən sizə geniş fəaliyyət dairəsi bağışlayıram. Bir də düşünün”.
Öndərimiz qətiyyətlə bildirdi: – “Cənab fürer, mən də sizin kimi, vətənimin azadlığı və istiqlal arzularını əziz tuturam. Müsavat, Bütöv Azərbaycan sizin Almaniyanın etibarlı müttəfiqi olacaq”
Nahar ləzzətli axarın tapdısa da, fürer başqanımızın son mövqeyinə ilişkisini bildirmədi və əsəbi halda başını titpətdi. Siyasi razılaşma baş tutmadı.Ölümlə oynayan öndərin hər sözü atəşə çağırırdı, güllə isə açılmırdı. Əlbət, güclülər bir-birini yaxşı tanıyırmışlar. Yeri gəlmişkən, iri düşbərə “dövlət dənəsi” Məhəmməd Əmin əfəndinin kasasına düşmüş o, bunun el mənasını maraqla qulaq asanlara danışmışdı. Bir xarici qonaq da Hitlerin belə şərafətinə rast gəlməmiş, bir nəfər də hirsli fürerə bu cür kəskin cavablar verməmişdi. Müsavat başqanı öz işini bitirdi. Polşaya yollandı. 1947-ci ilin oktyabrında prezident İsmət İnönünün çağrışıyla doğma Türkiyəyə yeni vuruşlar üçün qayıtdı.
Sayın gənclərimiz, azman səfərimizin qeyrətli ömür yolunu əzmlə öyrən. Qoy gələn il azərtürkçülüyün, islamçılığın, çağdaşlığın, deməli böyük rəhbərimiz Məhəmməd Əmin Rəsulzadə amalçılığın gerçəkləşəcəyi fəslə çevrilsin. Doğuşu bəri başdan eybəcər və saxta görünən kommunistsayağı seçimlərin geri atılması uğrunda, demokratik seçki mühiti naminə, demokratik ictimai ovqat xətrinə vuruşalım. Musavat öndərimizin narahat ruhu ancaq azad, demokratik seçimli Quzey Azərbaycanda təskinlik tapacaqdır. Günümüz sonsuzdur, zira günahlarımıza görə Ulu Tanrının bizi məruz qoyduğu beş illik cəza müddətimiz bitmişdir.
Oqtay Eldəgəz
“Vəhdət” qəzeti,
05 – 26 dekabr 2002-ci il
