
Qazaxıstanda qeyri-adi evlilik medianın əsas gündəminə çevrilib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bir kukla ilə evlənən bodibilder nəhayət həyatda normal bir qadınla münasibət qurmağa qərar verib.
Panseksual və bodibilder Yuri Toloçko bu yaxınlarda Marqot adlı rezin seks kuklası ilə evləndiyini elan edərək bütün dünyanı təəccübləndirməyə çalışdı. Tezliklə Marqot istifadəyə yararsız olduğundan Toloçko başqası ilə “evlənib”.
İndi o, silikon ruh yoldaşlarını tərk etmək fikrinə düşüb və adi bir qadınla münasibət qurmağa hazır olduğunu açıqlayıb. Ancaq bir şərtlə ki, qadın onun seçdiyi kuklalarını sevməlidir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
