Ronaldinyonun oğlu “Barselona”nın əsas komandasındabackend

Ronaldinyonun oğlu “Barselona”nın əsas komandasında

Barselona”nın baş məşqçisi Xavi əfsanəvi futbolçu Ronaldinyonun oğlu Joao Mendeşi əsas heyətlə məşqlərə cəlb etməyə başlayıb. 

KONKRET.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

İspaniya çempionatında fasilə zamanı Xavi gənclərdən ibarət komandalardan bir neçə futbolçunu, o cümlədən Joao Mendeşi əsas komandaya dəvət edib. Ronaldinyonun oğlu əsas komandanın məşqində iştirak edib.

19 yaşlı yarımmüdafiəçi 2023-cü ilin martından Kataloniya klubunun gənclərdən ibarət komandasındadır. O, sağ cinah müdafiəçisi və mərkəz hücumçusu kimi oynayır.

Joao Mendeş karyerasına 2018-ci ildə “Kuzeyro”da başlayıb. O, 14 yaşında ilk peşəkar müqaviləsini imzalayıb. 2022-ci ilin yayında isə Joao “Barselona”ya keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*