Ronaldu antirekordunu təkrarladıbackend

Ronaldu antirekordunu təkrarladı

Kriştianu Ronaldu son iki ildə ilk dəfədir ki, Portuqaliya millisinin heyətində ardıcıl iki oyunda qol vura bilmir.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, iyunun 6-da Portuqaliya yığmasının Çili millisinə qarşı keçirdiyi matçda (2:1) komandanın kapitanı Ronaldu qolsuz seriyasını uzadıb.

Ulduz portuqaliyalı yoldaşlıq oyununda fərqlənə bilməyib, bu isə o deməkdir ki, Ronaldu ardıcıl iki oyunda və son dörd görüşün üçündə qol vura bilməyib.

Xatırladaq ki, Ronaldu daha əvvəl ardıcıl beş matçda rəqib qapılarına yol tapa bilməmişdi – o, bu uğursuz göstəriciyə Avro-2024-də imza atmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*