“RSK ofisinin yanındakı etirazçılar Azərbaycana böyük yaxşılıq etdilər” – Oxikyan – VİDEObackend

"RSK ofisinin yaxınlığındakı etirazçılar Azərbaycana böyük yaxşılıq etdilər" - Oxikyan - VİDEO

“RSK-nın ofisinin yaxınlığındakı etirazçılar Azərbaycana böyük yaxşılıq etdilər”.

KONKRET.az xəbər verir ki, bunu erməni jurnalist Nairi Oxikyan yazıb.

“Ruslarla vuruşmağa çıxan 20 nəfərlik bir qrup “Arsax”a heç nə vermədi. Ancaq düşmən təbliğatının əlində rus sülhməramlılarından şikayətlənən “Arsax” sakinlərinin çoxlu fotoşəkilləri qaldı.

Rusiya tərəfinə beynəlxalq sülhməramlı missiyanın verilməsi prosesində düşmənlərimiz bundan mütləq istifadə edərək təkcə onların deyil, ermənilərin də ruslara qarşı olduğunu göstərəcəklər. Və əgər hansısa tərəf rusların olmasını istəmirsə, o zaman hansı mandatdan söhbət gedir?

Əgər sülhməramlı mandat alınarsa, ruslar bir neçə saat ərzində yolu aça və lazım gələrsə, güc tətbiq edə biləcəklər. Amma hələ də onların bu mandatı yoxdur və ermənilər, o cümlədən Qarabağdakılar buna qarşı konkret addımlar atır”, – deyə Oxikyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*