Rumıniya prezidenti Klaus İohannis NATO-nun baş katibi vəzifəsinə namizəd olacaq.
KONKRET.az xəbər verir ki, dövlət başçısı bu qərarı həm alyansın, həm də Avropanın üzləşdiyi problemlərlə daha yaxından tanış olduğu üçün qəbul edib.
“Mən NATO-nun baş katibi vəzifəsi üçün müsabiqədə iştirak etmək qərarına gəldim. Tam məsuliyyətlə Rumıniya adından namizədliyimi irəli sürürəm, bu qərar Rumıniya prezidenti kimi iki mandat zamanı əldə etdiyim təcrübə, NATO, Avropa və regionumuzun üzləşdiyi problemləri dərindən dərk etməmə əsaslanaraq qəbul edilib”, – deyə İohannis deyib.
Burhan,
KONKRET.az
