Rusiya Avropa ölkələrində partlayış və yanğınlar törətməyə hazırlaşırbackend

Rusiya Avropa ölkələrində partlayış və yanğınlar törətməyə hazırlaşır

Britaniyanın məşhur “Financial Times” qəzeti Rusiyanın Avropada diversiyalar hazırladığı barədə məlumat yayıb.

KONKRET.az xəbər verir ki, nəşr bu iddianı üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindəki mənbələrinə istinadən yayıb.

Məlumatda deyilir ki, bununla bağlı Avropa ölkələrinin hökumətləri müvafiq xəbərdarlıqlar alıb. Rusiyanın Qərb ölkələri ilə münaqişə etmək istədiyini vurğulayan nəşr qeyd edib ki, artıq Moskva Avropada partlayışlar, yanğınlar və infrastruktura ziyan vurmaq üçün daha fəal şəkildə hazırlaşmağa başlayıb.

Bundan əvvəl Almaniyada iki nəfərin Rusiyanın xeyrinə casusluq və təxribat hazırlamaqda şübhəli bilinərək saxlanıldığı bildirilirdi. İddialara görə, onlar Rusiya xüsusi xidmətinin göstərişi əsaında hərəkət ediblər. Onlar aprelin 17-də səhər saatlarında Bavariyanın Bayroyte şəhərində həbs ediliblər.

Bavariyadan olan 39 yaşlı Diter S. əsas şübhəli şəxs hesab olunur. Federal prokurorluq onu məxfi xidmət casusu kimi işləməkdə, təxribat hazırlamaqda və hərbi obyektləri izləməkdə ittiham edib. Ehtimallara görə, o, 2023-cü ilin oktyabrından Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. O, hərbi infrastrukturda, silah zavodlarında və sənaye obyektlərində yanğın və partlayışlar törətməyə razılaşıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*