Rusiya “DQR”-in ləğvindən sonra Qarabağdakı ruslardan heç bir müraciət almayıb – Zaxarovabackend

Rusiya “DQR”-in ləğvindən sonra Qarabağdakı ruslardan heç bir müraciət almayıb - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyi “Dağlıq Qarabağ” Respublikasının ləğvi ilə bağlı Qarabağdakı Rusiya vətəndaşlarından hələlik müraciətlər almayıb, lakin yaranan kimi yardım göstərəcək.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiya diplomatik xidməti vətəndaşlarına müraciət edilən kimi yardım göstərir. Amma Xarici İşlər Nazirliyinə hələ ki, belə müraciətlər daxil olmayıb”, – Zaxarova deyib.

O, Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olan ərazidə yerləşən Rusiya vətəndaşlarının sayını açıqlamayıb.

Ariz Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*