Cənubi Koreyanın Ulsan şəhəri yaxınlığında Rusiyaya məxsus balıqçı gəmisi yanıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Koreya Sahil Mühafizəsi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 4 nəfər itkin düşüb.
Məlumata görə, ümumilikdə gəmidə 25 nəfər olub. Cənubi Koreya hökuməti 21 nəfəri xilas edib.
Qeyd olunub ki, yanğın yerli vaxtla saat 00:43-də baş verib, 100 ton dəniz məhsulları daşıyan gəmi Rusiyaya gedirmiş.
Cənubi Koreya dörd ekipaj üzvünün axtarışlarını davam etdirir.
İqbal Rzayev,
KONKRET.az
