Rusiya MDB ölkələri ilə hərbi-texniki əməkdaşlığın artırılmasına həmişə açıqdır – Şoyqubackend

Rusiya MDB ölkələri ilə hərbi-texniki əməkdaşlığın artırılmasına həmişə açıqdır - Şoyqu

Rusiya MDB ölkələri ilə hərbi-texniki əməkdaşlığın artırılmasına həmişə açıqdır.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Hərbi-texniki əməkdaşlıq məsələləri Müdafiə Nazirləri Şurasının və ikitərəfli təmasların daim diqqət mərkəzindədir. Bu baxımdan, Rusiyanın bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə hər zaman açıq olduğunu bildirmək istərdim”, – Şoyqu deyib.

O, həmkarları ilə birgə işin Tula müdafiə müəssisəsinə baş çəkmək və Rusiya hərbi məhsulları ilə tanışlıqdan başlamasını simvolik adlandırıb.

Nazir qeyd edib ki, dünyada hərbi-siyasi vəziyyət MDB-yə üzv dövlətləri yaranan təhlükələrə operativ reaksiya verməyə qadir güclü silahlı qüvvələrə malik olmağa məcbur edir.

“Bu gün biz ölkələrimizin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd etmək üçün birgə hazırlıqlara başlayacağıq, onun dərsləri hələ də aktuallığını qoruyur. Ona görə, də təhdidlərə adekvat cavab verməyə hazır olan yaxşı təchiz edilmiş və təlim keçmiş silahlı qüvvələrə ehtiyac var”, – nazir əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*