“Rusiya sülhməramlıları Qarabağda qanlı müharibəni dayandırdılar” – Vladimir Cabarovbackend

"Rusiya sülhməramlıları Qarabağda qanlı müharibəni dayandırdılar” - Vladimir Cabarov

Qarabağdakı Rusiya sülhməramlıları bir cəsarət göstərərək qanlı müharibəni dayandırdılar, halbuki bu missiyanı yerinə yetirmək istəyən Qərb dövlətləri yox idi.

KONKRET.az xəbər verir ki, bu sözləri  RİA Novosti- yə açıqlamasında Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbərinin birinci müavini Vladimir Cabarov bildirib.

“İnanıram ki, Rusiya sülhməramlıları bir şücaət göstərdilər və 2020-ci ilin noyabrında qanlı müharibəni dayandırdılar. Amma onu dayandırmaq istəyən başqa heç kim olmadı – nə amerikalılar, nə də fransızlar”, – Cabarov deyib.

Onun sözlərinə görə, əgər Rusiya sülhməramlıları olmasaydı, “böyük insan faciəsi orada baş verərdi”.

Xatırladaq ki, sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində Rusiya ilə bağlı bir sıra tənqidi bəyanatlar səsləndirib. 

Ariz Həsənoğlu,

KONKRET.az

  • Namiq
    Sentyabr 15, 2023 - 13:52

    Bu şərəfsiz hansı insan faciəsindən danışır? Vətən müharibəsi zamanı Qarabağda mülki əhali qalmışdı ki? Öz çirkin əməllərinə don geyindirməkdən əl çəkmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*