Rusiya tərəfi Tomas Baxı “faşist” adlandırıbbackend

Rusiya tərəfi Tomas Baxı “faşist” adlandırıb

“Rusiya hökumətinin Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ünvanına aqressivliyi günbəgün artır”.

KONKRET.az xarici mediaya istinadən bildirir ki, bu açıqlama ilə BOK rəhbəri Tomas Bax çıxış edib.

Bax rusiyalı idmançıların Olimpiadada iştirakı ilə bağlı Rusiya idman nazirinin açıqlamasını “daha bir nəzakətli siqnal” adlandırıb:

“Digər tərəfdən, biz həm də hökümətdən çox aqressiv ton görürük. BOK bunu ümumiyyətlə şərh etmir, lakin BOK-a, oyunlara, özümə qarşı aqressivlik hər gün artır”.

Rusiya tərəfinin nə dedikləri barədə suala Bax belə cavab verib: “Faşist”, “Oyunları və Olimpiya hərəkatını məhv edən” ifadələrə qədər hər şey deyirlər və bu açıqlamalar Rusiya rəsmilərindən gəlir. Bilmirəm, Vladimir Putin də nəsə deyib ya yox? Mən hər gün Telegram-a baxmıram”.

Bununla belə Bax onu kimin “faşist” və ya “oyunların məhvedicisi” adlandırdığına aydınlıq gətirməyib.

Qeyd edək ki, BOK-un meyarları Ukraynada xüsusi əməliyyata dəstək verən və ya ordu və kəşfiyyat xidmətləri ilə müqavilələri olan idmançıların Paris Olimpiadasında iştirakına icazə vermir. Ruslar yalnız fərdi fənlər üzrə yarışa biləcəklər.

Rusiyanın idman naziri Oleq Matıtsin bildirib ki, 2024-cü il Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılar ora getməlidirlər.

Xatirə SADİQ,

KONKRET.az

  • Bilal
    Mart 20, 2024 - 14:11

    Чья бы корова мычала………….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*