Rusiya və Belarus birgə nüvə təlimlərinə başladıbackend

Rusiya və Belarus birgə nüvə təlimlərinə başladı

Rusiyada qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb .

Rusiya təlimləri Belarusla birgə keçirəcək . Verilmiş məlumatda bildirilib ki, təlimlər ittifaq dövlətinin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirilir. Təlimlərin ikinci mərhələsində hər iki ölkənin Silahlı Qüvvələrinin qeyri-strateji (taktiki) nüvə silahlarının döyüş tətbiqinə hazırlanması məsələləri nəzərdən keçiriləcək.

Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın taktiki nüvə silahlarından istifadə təlimlərini Qərbin hərəkətlərinə cavab verməyə hazır olmaq zərurəti ilə əlaqələndirib.

Orxan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*