Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endiribbackend

Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya kimya sənayesinin bir hissəsi və hərbi obyekti olan “Metafrax Chemicals” şirkətinə zərbə endirib.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”dakı paylaşımında bildirib.

O, Rusiyanın əsas hərbi obyektlərindən birinin məhv edilməsinə görə Ukrayna Təhlükəsizlik Xidmətinə minnətdarlıq edib: “Sərhədimizdən məsafə 1700 kilometrdir, obyekt Perm bölgəsindədir. “Metafrax Chemicals” Rusiya kimya sənayesinin vacib hissəsidir”.

Zelenski şirkətin məhsullarının onlarla digər Rusiya hərbi istehsal müəssisəsini təmin etdiyini bildirib.

“Buraya təyyarələr, dronlar, raket mühərrikləri və partlayıcı maddələr daxildir. Artıq müəssisədə istehsal dayandırılıb. Bizim “uzaqməsafəli sanksiyamız” vacibdir”, – deyə o yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*