Mədəndə partlayış: 90 nəfər öldü – YENİLƏNİBbackend

Mədəndə partlayış: 90 nəfər öldü - YENİLƏNİB

Çində kömür mədənində partlayışda ölənlərin sayı 90-a çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Dağıntılıar altında qalanların olduğu bildirilir.

***

Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı 8 nəfər ölüb, 38 nəfər isə yeraltında qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli fövqəladə halların idarə olunması qurumuna istinadla məlumat yayıb.

Bildirilib ki, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub.

Xilasedicilər indiyədək 201 nəfəri təxliyə edib, həlak olan 8 nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.

Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*