“Azərbaycan tamaşaçısı mənim qeyri-adiliklərimə hazır deyildi. Amma çox sevinirəm ki, onları əhilləşdirdim. Deyirlər, heyvanı əhilləşdirəndən sonra sirkdə “manej”də onunla ünsiyyətdə ola bilərsən. Yəni heyvan səni parçalaya da bilər. Əhilləşdirirsən, səni parçalamır”.
KONKRET.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan deyib. Müğənni şeirlərini tənqid edənlərdən danışıb:
“Mən isə vəhşi oxucuların içinə girə bildim. Onlar məni başa düşdülər, fanatlarıma çevrildilər, şeirlərimə vaxt sərf edib səhnəciklər qurdular. Hələ də onun fəlsəfəsini açırlar. Pandemiya dövründə şeirlərim bir çox insanı stressdən, depressiyadan, intihardan, xəstəlikdən xilas etdi. Bunu özləri etiraf edirdi. Evimə gəlib kitabımı istəyiblər. İndi də istəyənlər var”.
