Rusiyanın şərqindəki Kamçatka ərazisində 6,1 bal gücündə zəlzələ baş verib.
KONKRET.az “Ren–TV“yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 18:03-də (Moskva vaxtı ilə 09:03) baş verib.
Zəlzələnin episentri Severo-Kurilskdən 128 kilometr aralıda, yarımadanın cənub sahillərindəki sularında, 59 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, bu gün ümumilikdə Kamçatkada maqnitudası 3,8-6,1 olan üç zəlzələ baş verib.
Xatırladaq ki, martın əvvəlində niderlandlı seysmoloq Frank Huqerbits Kamçatkada güclü zəlzələ olacağını proqnozlaşdırmışdı.
İqbal Rzayev,
KONKRET.az
