Rusiyada müxalif namizədləri bir-bir tuturlarbackend

Rusiyada müxalif namizədləri bir-bir tuturlar

Moskvanın Simonov rayon məhkəməsi müxalif siyasətçi və Korrupsiya ilə mübarizə fondunun təsisçisi Aleksey Navalnını 30 sutka həbs edib. Eyni zamanda polis sentyabr ayında Moskva şəhər Dumasına keçiriləcək seçkilərdə namizədliyini irəli sürən, lakin qeydə alınmayan şəxslərin də evlərinə basqın həyata keçirib.

Məhkəmə Aleksey Navalnının keçən həftənin şənbə gün keçirilən mitinqdə Moskva meriyası qarşısında aksiyaya toplaşmaq çağırışını qanun pozuntusu kimi dəyərləndirib.

A.Navalnı Akademik Saxarov küçəsində təşkil olunan həmin aksiyada hər kəsi iyulun 27-də saat 14:00-a meriya qarşısına toplanaraq bütün namizədlərin hüquqları bərpa edilənə qədər ordan dağılmamağa səsləmişdi.

Bir vaxtlar Rusiyada insan hüquqlarının müdafiəçilərindən sayılan, hazırda isə Mərkəzi Seçki Komissiyasının sədri kimi fəaliyyət göstərən Ell Pamfiova iyulun 23-də müxalifətçilərlə görüş zamanı heç bir aksiyanın onların qərarına təsir göstərməyəcəyini bəyan edib.

Hakimiyyət isə təzyiqləri gücləndirərək yeni təqiblərə başlayıb. Hüquq-mühafizə orqanları Cinayət Məcəlləsinə yeni daxil edilən 141-ci maddəsinə (seçki komissiyalarının işinə və ya seçki hüquqlarının həyata keçirilməsinə maneçilik törətmə) istinad etməyi xoşlayırlar.

İş o həddə gəlib çatıb ki, Rusiya prezidenti yanında İnsan hüquqları üzrə şuranın seçki komissiyasının sədri İlya Şablinski də qaldırılan cinayət işlərini gülünc adlandırıb. İ.Şablinskinin sözlərinə görə, hüquq mühafizə orqanları hüquqi vəzifəni deyil, siyasi tapşırığı yerinə yetitrirlər. “Hakimiyyət tərəfdən edilənlər onu göstərir ki, real rəqabətə imkan verilməyəcək. Olduqca acı bir faktdır”,-deyə hüquq müdafiəçisi məyusluğunu ifadə edib.

Dünən Aleksey Navalnı ilə bilrikdə onun Moskva qərargahının koordinatoru Oleq Stepanov da tutulub. Məhkəmə onun 27 iyul aksiyası ilə bağlı qaldırdığı “Seçki hüququmuzu geri qaytaracağıq” plakatını “qanunsuz çağırış “olaraq dəyərləndriib və 8 sutkalıq həbs cəzası verib.

Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları qeydə alınmayan digər namizəd Dmitri Qudkovun da evinə gediblər. Dmitri Qudkovun atası Gennadi Qudkov polislərin oğlunun evində təbliğat materialları axtardıqlarını tvitter hesabında yazıb.

Əməliyyat zamanı müxalif siyasətçinin yaşadığı evdən bütün elektron informasiya daşıyıcıları, hətta onun uşağının baxdığı cizgi film diskləri də götürülüb.

Polislər Korrupsiya ilə mübarizə fondunun direktoru İqor Jdanovun da ofsinə təşrif buyurublar. Bu barədə fondun mətbuat katibi Kira Yarmış tvitterdə yazıb.

“Varlamov News” teleqram-kanalının verdiyi məlumata görə isə güc strukturları qeydə alınmayan namizəd Aleksandr Solovyov, habelə Qudkovun dostu, bələdiyyə deputatı Nikolay Balandinin də evlərinə basqın ediblər.

Qeydə alınmayan namizəd Yuliya Qalyamina da polis “oblava”sına məruz qalanlardandır. İstintaq Komitəsi onu “seçki komissiyalaırnı işinə mane olmaq cəhdi” ilə bağlı sorğuya çağırıb.

Korrupsiya ilə mübarizə fondunun hüquqşünası, seçkilərdə iştirak üçün namizədliyi qeydə alınmasından imtina olunan Lyubov Sobol isə özünü mühüm işlər üzrə müstəntiq Dmitri Smadiç kimi təqdim edən bir şəxsin onu istintaqa dəvət etdiyini bildirib.

İyulun 24-də Moskva şəhərə Xamovniçeski rayon məhkəməsi “Rus marşı” aksiyalarının təşkilatçısı və fəalı Mark Qalperinə 30 sutka inzibati həbs cəzası verib. Onun da 27 iyul aksiyasına çağırışa görə saxlanıldığı təsdiq olunub.

Həmin gün müxalif fəallar Konstantin Kotov və Aleksandr Arçaqov da həbs olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*