Rusiyada seçici fəallığının ilkin nəticələri açıqlandıbackend

Rusiyada seçici fəallığının ilkin nəticələri açıqlandı

Rusiyanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində seçici fəallığının ilk nəticələrini açıqlayıb.

KONKRET.az Rusiya mediasına istinadən bildirir ki, Moskva vaxtı ilə saat 10:24-ə olan məlumata görə, bütövlükdə ölkə üzrə seçici fəallığı 3,33% təşkil edir.

MSK-nın rəhbəri Ella Pamfilova bildirib ki, fevralın 25-dən martın 14-dək 2,6 milyon seçici vaxtından əvvəl səs verib.

Seçkilər 15 mart saat 8:00-da başlayacaq və 17 mart saat 20:00-dək davam edəcək.

Seçkilərdə dörd namizəd – Nikolay Xaritonov (KPRF), Leonid Slutski (LDPR), Vladislav Davankov (“Yeni insanlar”) və indiki president Vladimir Putin iştirak edirlər. Seçkilər üçün 94 mindən çox seçki məntəqəsi və113,6 milyon bülleten hazırlanıb.

Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini martın 18-i səhər saatlarında elan edəcək.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*