Ali Radanın keçmiş deputatı İlya Kivanın meyiti Moskva yaxınlığındakı Odintsovoda tapılıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb. Hazırda hadisə yerində polis və kəşfiyyat əməkdaşları işləyir.
Ölümün şəraiti və səbəbləri hələlik dəqiqləşdirilməyib.
Media orqanları Kivanın qətlinin UkraynaTəhlükəsizlik Xidməti (SBU) tərəfindən həyata keçirilən əməliyyat olduğunu bildirib. Onun atıcı silahlardan açılan atəşlə öldürüldüyü qeyd olunur.
2023-cü ilin martında Ali Radanın iclasında səsvermə nəticəsində İlya Kiva mandatından məhrum edilib. Ukrayna Baş Prokurorluğu deputatı dövlətə xəyanətdə ittiham edib. Lvov məhkəməsi Kivanı əmlakı müsadirə olunmaqla qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib.
Burhan,
KONKRET.az
