Rusiyada Vladimir Poqosyanın Cinayət Məcəlləsinin 280.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.
KONKRET.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Rusiyalı politoloq, hüquq elmləri namizədi Anton Bredixin Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin ksabiq köməkçisi Vladimir Poqosyanın “Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətlərə ictimai çağırışlara” görə cinayət məsuliyyətinə cəlb edilməsinə çağırıb.
Qeyd edək ki, bu maddə ilə məsuliyyət 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Ariz Həsənoğlu,
KONKRET.az
