Ermənistan ABŞ-a bioloji patogen nümunələri verməkdən imtina edir.
KONKRET.az xəbər verir ki, Ermənistan respublikada toplanmış təhlükəli patogenlərin nümunələrinin ABŞ Müdafiə Nazirliyinə təhvil verilməsi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmək niyyətindədir.
Ermənistan hökuməti ABŞ-la 2010-cu ildə bağlanmış “Bioloji silahların hazırlanmasında istifadə oluna bilən texnologiyaların, patogenlərin və biliklərin yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında” sazişə müvafiq protokol imzalayacaq. Bu protokolun imzalanması təklifi Ermənistan hökuməti tərəfindən cümə axşamı keçirilən iclasda təsdiqlənib.
Bundan əvvəl Rusiya Ukraynanı ABŞ-ın ölkə ərazisində hücum xarakterli hərbi bioloji proqramı həyata keçirməkdə ittiham edib, məqsədi konkret ərazilərdə nəzarət edilən epidemiyaların formalaşdırılması imkanlarını öyrənməkdir. Bundan əlavə, daha əvvəl Rusiyanın Ermənistandakı səfirliyi Ermənistanın ABŞ-la əməkdaşlığı ilə bağlı bəyanat yayıb.
“Biotəhlükəsizliyə dair qeyd olunan memorandumun icrası kontekstində Ermənistanın ABŞ və müttəfiqləri ilə bioloji sahədə, o cümlədən hərbi idarələr vasitəsilə qarşılıqlı əlaqəsi barədə daxil olan məlumatlarla bağlı hələ də suallarımız var”, – səfirlikdən bildiriblər.
Xuraman Etibarlı,
KONKRET.az
