Rusiyalı deputat: “Ermənistan qeyri-qanuni dövlətdir” – VİDEObackend

Rusiyalı deputat: “Ermənistan qeyri-qanuni dövlətdir” – VİDEO

Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasının deputatı Yevgeni Fedorov  Ermənistanı qeyri-qanuni dövlət qurumu adlandırıb və İrəvanı rusofobiya məsələsini həll etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, deputat Vladimir Putinin Ermənistana səfəri çərçivəsində keçirilən mitinqləri belə şərh edib.

“Ermənistanda hakimiyyət Kiyevdəki kimi narıncı inqilab prosesində ABŞ tərəfindən təyin olunub. Eyni zamanda, Ermənistan geosiyasi baxımdan dalana dirənmiş ölkədir. Onun yaşaması Rusiyadan asılıdır”, – deyə deputat bildirib.

Fedorovun fikrincə, İrəvan “rusofobiya problemini” həll etməlidir:

“Problemi necə həll etmək olar? Ermənistan qanunla SSRİ-dən çıxdı? Yox. Yəni bu, qeyri-qanuni ictimai qurumdur. Biz bu əsasda hərəkət etməliyik”, – deyə deputat fikrini bitirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*