Rusiyalı deputatdan MESAJ: “Dünya daha dəhşətli münaqişələrə qədəm qoyur”backend

Rusiyalı deputatdan MESAJ: “Dünya daha dəhşətli münaqişələrə qədəm qoyur”

“Yaxın gələcəkdə ABŞ və kollektiv Qərb yeni böyük beynəlxalq münaqişənin əsasını qoyacaq. Məqsəd BRİKS dövlətlərarası təşkilatın güclənməsinin qarşısını almaqdır”.

KONKRET.az xəbər verir ki, bu qənaətə Dövlət Dumasının deputatı, ehtiyatda olan general-leytenant Andrey Qurulev gəlib. O, Vaşinqtonun növbəti macərasının mümkün ssenarisini təsvir edib.

Andrey Qurulev ABŞ-ın beynəlxalq aləmdə baş verən hadisələrdən razı qalmadığına diqqət çəkib. Rusiya ilə Çinin yaxınlaşması, həmçinin BRİKS təşkilatının xarici siyasət mövqelərinin güclənməsi Vaşinqton üçün kifayət qədər təhlükəli nəticələrə gətirib çıxara bilər. Amerika hakimiyyətinin əsas qorxuları digər məsələlərlə yanaşı, Yaxın Şərq ölkələrinin Moskva və Pekinlə münasibətlərini gücləndirmək istəyi ilə bağlıdır. İstisna etmək olmaz ki, Ağ Ev administrasiyası ərəb dünyası ölkələrində qarşıdurma yaratmaq məqsədi daşıyan müəyyən geosiyasi qərarları həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, Andrey Qurulev baş verəcək yeni münaqişələrdən danışarkən İsrailin İrana qarşı hərbi əməliyyatların nəzərdə tutur. Onun fikrincə, yeni qaynar nöqtənin yaradılması ABŞ-a bu regionda Rusiya və Çinin mövqelərinin güclənməsinin qarşısını almaq üçün lazımdır.

“Birləşmiş Ştatlar inamla İsraili İranla hərbi münaqişəyə sövq edir. Bununla müqayisədə Ukraynadakı döyüşlər xırda müharibə kimi görünəcək”, – deyə Qurulev fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

  • Tahir
    İyun 24, 2023 - 14:53

    Əşi, sən get Ukraynada vuruş, rusun ordusunu pozordan qurtar. Öz happanı ye.. Sənin nə ölümün var beynəlxalq siyasətdə.

Tahir üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*