Rusiyalı müğənni Finlandiyanın “Səs” şousundan KƏNARLAŞDIRILDIbackend

Rusiyalı müğənni Finlandiyanın "Səs" şousundan KƏNARLAŞDIRILDI

Finlandiyanın “Səs” şousunun təşkilatçıları Rusiya vətəndaşlığı olan iştirakçını proqramdan kənarlaşdırıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “Yle” telekanalı məlumat yayıb.

Adı açıqlanmayan qız ilkin seçimdən keçsə də, oktyabrın 17-də müsabiqədən kənarlaşdırıldığına dair mesaj alıb.

Buna səbəb ifaçının Rusiya vətəndaşlığı göstərilib. Təşkilatçıların fikrincə, bu, şou ətrafında siyasi müzakirələrə səbəb ola bilər.

Telekanalın məlumatına görə, qız 7 il əvvəl Sankt-Peterburqdan Finlandiyaya köçüb və bu il vətəndaşlıq alıb.

Bildirilir ki, hadisə ictimailəşəndən sonra təşkilatçılar müsabiqə iştirakçısı ilə əlaqə saxlayaraq onu proqrama qayıtmağa dəvət etsələr də, o, bundan imtina edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*