Rusiyalı təbliğatçı Sergey Mardan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ünvanına təhqirlər yağdırıb.
KONKRET.az xəbər verir ki, Mardan Tokayevin Berlində Almaniya kansleri Olaf Şolzla görüşündə Rusiya-Ukrayna müharibəsini müzakirə etməsindən hiddətlənib.
“Nədənsə Qazaxıstan prezidenti Tokayev Almaniya kansleri ilə Rusiya və Ukraynanı müzakirə edib. Niyə bizim strateji müttəfiqimiz birdən-birə strateji düşmənlərimizdən biri ilə işlərimizi müzakirə etmək qərarına gəldi?
Sən kimsən ki, Rusiyanın daxili məsələrini beynəlxalq müstəvidə müzakirə edirsən? Scholz düşməndir. Qazaxıstan Rusiyaya xarici siyasətini necə həyata keçirməyi öyrədir. Bu sizi narahat etmir?” – deyə Mardan əlavə edib.
Rusiyalı təbliğatçı qeyd edib ki, bu gün Qazaxıstan artıq Rusiyanın müttəfiqi deyil.
Günel Mikayılova,
KONKRET.az
