Rusiyanın Kurqan vilayətində miqrantlara taksi və avtobuslarda işləməyi qadağan edib.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Kurqan vilayətinin qubernatorunun sərəncamında bildirilir. Qadağa uşaq qidası və pəhriz məhsullarının istehsalına da şamil edilir. Bundan əlavə, mehmanxana biznesi və təhsil müəssisələrində miqrantlar işləyə bilməyəcək.
Qadağa 2024-cü ildə qüvvəyə minəcək. Buna səbəb miqrantlarla bağlı çoxsaylı insidentlər olub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
