Çelyabinsk vilayətinin Ozersk şəhərinin keçmiş hərbi komissarı Vladimir Piçuqin yanvarın 6-da Ukraynadakı müharibədə həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Çelyabinsk Gələcəyin” teleqram kanalı məlumat yayıb. Piçuqin 2024-cü ilin mayında rüşvət qalmaqalıyla bağlı 10 il həbs cəzasına məhkum edildikdən sonra, ön cəbhəyə göndərilib. “Epaulettes and Ties” teleqram kanalının məlumatına görə, Ozersk hərbi komissarlığı regionda səfərbərlik planını yerinə yetirməyən yeganə komissarlıq olub. Müharibənin sonrakı gedişində Rusiya müharibəyə məhkumları da göndərməyə başlayıb. 2024-cü ildə Rusiyada təqsirləndirilən şəxslərin Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq cinayət məsuliyyətindən azad edilməsinə icazə verən qanun qəbul edildikdən sonra məhkumlar da ön cəbhəhəyə göndərilib.
Vəli Həsənoğlu,
KONKRET.az