İsraildən ŞOK TƏHDİD: Bütün Livanı yandıracağıq, sonra isə…backend

İsraildən ŞOK TƏHDİD: Bütün Livanı yandıracağıq, sonra isə...

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Livana qarşı səsləndirdiyi sərt bəyanatla diqqət çəkib. O, İsrail ordusunun ölkənin cənubunda dörd hərbçisinin həlak olduğunu açıqlamasından sonra sosial şəbəkədə paylaşım edərək “İsrailli anaların hər göz yaşına görə min livanlı ana göz yaşı tökməlidir” ifadəsini işlədib.

KONKRET.az xəbər verir ki, İsrail ordusunun məlumatına görə, hərbçilər Kfar-Tebnit bölgəsində keçirilən əməliyyat zamanı tankın vurulması nəticəsində döyüşdə həlak olublar. Ölənlər arasında 401-ci zirehli briqadanın 52-ci batalyonunun komandiri, 32 yaşlı polkovnik-leytenant Dor Gedaliya Ben Simhon da var.

Bunun ardınca İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah”a məxsus olduğu iddia edilən hədəflərə və infrastruktura zərbələr endirdiyini bildirib. Məlumatlara əsasən, hücumlar nəticəsində azı 18 nəfər həyatını itirib.

Hadisələr ABŞ və İran arasında bölgədəki münaqişələrin dayandırılmasına yönəlmiş ilkin razılaşmanın əldə olunmasından bir neçə gün sonra baş verib.

Müvəqqəti sazişə əsasən, tərəflər və onların müttəfiqləri Livan da daxil olmaqla bütün hərbi əməliyyatları dayandırmalı idilər.

Ben-Qvir isə paylaşımında İsrailin təhlükəsizliyinin “heç bir siyasi sövdələşmənin mövzusu ola bilməyəcəyini” vurğulayıb. O, Yaxın Şərqdə qələbənin “tədbirli cavablar və təmkinlə deyil, qətiyyətli addımlarla əldə olunduğunu” bildirib və terrorun məhv edilməsinə çağırış edib.

Nazir daha əvvəl də qalmaqallı davranışları ilə gündəmə gəlmişdi. May ayında o, Qəzzaya humanitar yardım çatdırmağa çalışan “Global Sumud” fəallarının saxlanılmasını əks etdirən videonu paylaşmışdı. Kadrlarda Ben-Qvir əlləri arxadan bağlanmış vəziyyətdə diz çökdürülən fəallara istehza edir və İsrail bayrağını nümayiş etdirərək “İsrailə xoş gəlmisiniz, buranın sahibi bizik” deyirdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*