Oktyabrın 22-də Qarabağda yaşayan Rusiya vətəndaşlarının toplantısı olacaq.
KONKRET.az xəbər verir ki, məlumatı saxta təşkilat kimi fəaliyyət göstərən “Dağlıq Qarabağın rus icması” yayıb.
Bu qondarma icmanın 2021-ci ilə aid hesabıtnda Qarabağın dağlıq hissəsində daimi yaşayan 1500 rus və 2500 slavyanın qeydiyyatdan keçdiyi yer alıb. Bundan başqa, son yüz ildə Qarabağda ilk pravoslav məbədinin ucaldıldığı qeyd olunub.
Qeyd edək ki, Qarabağda ilk pravoslav kilsə 1894-cü ildə Qızılqayada (Hadrut yaxınlığında) inşa edilmişdi. Lakin ermənilər I Qarabağ savaşında Terek kazaklarının tikdiyi bu məbədi içəridən və çöldən minalayaraq məhv ediblər. Səbəb isə özlərinin qriqoryan, katolik məzhəbinə yaxın olması və pravoslavlığı qəbul etməməkləri olub.

Anar Rəhimov,
KONKRET.az
