Rusiyanın Ukraynadakı əməliyyatlarının komandiri general Aleksandr Dvornikov yoxa çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat dərc edib. Nəşr yazır ki, “Hələb qəssabı” ləqəbli rusiyalı general Aleksandr Dvornikov yoxa çıxıb. Bu may ayında baş verib. Mənbələr bildirir ki, Dvornikov iki həftə əvvəl Putinə Luqansk vilayətini “verməli” idi, lakin Rusiya ordusu uğursuzluğa düçar olub.
Aprel ayında Ukraynadakı Rusiya qoşunlarının komandanlığının Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinə rəhbərlik edən və Suriyada döyüş təcrübəsi olan ordu generalı Aleksandr Dvornikova həvalə edildiyi barədə məlumat vermişdik. Lakin mayın ortalarından bəri onun harada olduğu bilinmir.
Onun Rusiya ordusunun Ukraynadakı əməliyyatlarının komandanlığından uzaqlaşdırıldığı barədə də xəbərlər yayılıb.
Mayın 26-da komandanlığın Silahlı Qüvvələrin Baş Hərbi-Siyasi İdarəsinin rəisi, general-polkovnik Gennadi Jidkoya təhvil verildiyini elan etməsi də bunu göstərir.
Qeyd edək ki, general Aleksandr Dvornikov Ukraynada 52 nəfərin öldüyü qanlı Kramatorsk hücumunun əmrini verib.
Xuraman Etibarlı,
KONKRET.az
