“Ukrayna münaqişəsinin həlli üçün Rusiyanın mövqeyini nəzərə almayan sülh planları nəticə verməyəcək”.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayında ənənəvi iftar süfrəsində xarici ölkələrin səfirləri qarşısında çıxışı zamanı deyib.
O, həmçinin əlavə edib:
“Rusiya-Ukrayna münaqişəsində sülhə nail olmaq üçün əhəmiyyətli səylər göstərmişik. Ukraynanın suverenliyi və ərazi bütövlüyü prinsipini dəstəkləməklə yanaşı, Rusiyanın daxil olmadığı hər hansı sülh planlarının nəticə verməyəcəyini də deyirik”. – Ərdoğan bildirib.
Burhan,
KONKRET.az
