Rusların işi çətinləşib – Ankaradan gələn məlumatlar ürəkaçan deyilbackend

Rusların işi çətinləşib - Ankaradan gələn məlumatlar ürəkaçan deyil

Rusiyalı turistlər Türkiyədə xidmət haqqının ödənilməsi ilə bağlı problemlərdən danışıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Ankaradakı özəl banklardan birindəki mənbə məlumat yayıb.

Yayılan informasiyaya görə, bir sıra hallarda sistemlər vasitəsilə ödəniş sanksiyalara görə keçmir, turistlər alış və ya xidmət üçün ödəniş edə bilmir.

Qeyd edək ki, Türkiyədə respublika banklarında hesab açmaq istəyən rusiyalıların aldadılması halları çoxalıb. Bundan əvvəl Rusiya vətəndaşlarına Türkiyədə kart əldə etməyə kömək edən vasitəçilər DenizBank-ın ruslar üçün hesab açılması şərtlərini sərtləşdirdiyini bildirmişdilər. Onların sözlərinə görə, bu xidmətdən imtina edənlərin sayı hətta respublikada yaşamaq icazəsi və qeydiyyatı olan Rusiya Federasiyası vətəndaşlarına qədər artıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*