Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Rusiya xüsusi xidmət orqanlarının agentləri tərəfindən zəhərləndiyini bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə o, ABŞ-ın “Politiko” nəşrinə müsahibəsində deyib.
Saakaşvili bunun həbsindən sonra, hazırda saxlanıldığı müəssisədə baş verdiyini bildirib.
“Mənə zəhər vurulduğu günü dəqiq xatırlayıram, az qala öləcəkdim. O vaxtdan bəri səhhətim pisləşib”, – o deyib.
