Saakaşvili: “Onda bizi Azərbaycan xilas etdi”backend

Saakaşvili: “Onda bizi Azərbaycan xilas etdi”

“Qızılgül inqilabından sonra Putin bizi sevmirdi. O, Batumidə hərbi qiyam qaldırdı, biz onu yatırdıq, 2004-cü ildə Cənubi Osetiyada hərbi təxribatlar törətdi, sonra biz genişmiqyaslı müharibədən yayındıq. Rusiya 2005-ci ilin fevralında elektrik xətlərini və qaz kəmərlərini partlatdı. Azərbaycan bizi o zaman xilas etdi. Həmin il Qoridə polis bölməsi partladıldı. Biz Rusiyanın kəşfiyyatçısı polkovnikini tutduq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Rusiya Gürcüstanın kənd təsərrüfatı məhsullarının idxalına tam embarqo tətbiq etdi və 2006-cı ildə gürcüləri Rusiyadan kütləvi şəkildə deportasiya etməyə başladı ki, hər şey əhalinin kütləvi narazılığına səbəb olsun. Gürcü əsilli rus oliqarx Arkadi Patarkatsişvili işə cəlb olundu və onun vasitəsilə 2007-ci ilin noyabrında kütləvi iğtişaşlar baş verid”, – Gürcüstanın eks-prezidenti bildirib.

O, həmçinin bildirib ki, 2007-ci ildə mitinqin dağıdılması onun beynəlxalq nüfuzuna zərbə vurub.

Saakaşvili Gürcüstanda sabitliyi pozmaq cəhdində Rusiyanın rolunu xüsusilə vurğulayıb: “Bu hadisələrdən bir müddət əvvəl biz FTB-dən məktublar aldıq, məktublarda bildirilirdi ki, Rusiyadan olan bir qrup gürcü kriminal başçı İrəvanda müvafiq tapşırıqlar almaqla məskunlaşıb.

Putinin bizim inqilablarımızı təqlid etməyə çalışması və cəhd etməsi təəccüblü deyil, çünki o, Maydanları və Gürcüstan hadisələrini xalqın iradəsi deyil, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin hiyləsi hesab edirdi”.

Saakaşvilinin sözlərinə görə, Rusiya bununla da dayanmadı və 2008-ci ildəki uğursuz müharibədən sonra bizə qarşı terror aktları təşkil etməyə başladı və bu, Obamanın Putinə çağırışına qədər davam etdi.

Eks-prezident Rusiyanın Ukraynaya yaratdığı təhlükə barədə də xəbərdarlıq edib və neqativ ssenarilərin baş tutmayacağına ümid etdiyini bildirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*