Paris Apelyasiya Məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həbsdən azad edilməsi və məhkəmə nəzarəti altına alınması barədə qərar qəbul edib.
KONKRET.az xəbər verir ki, məhkəmə təxminən üç həftədir həbsdə olan 70 yaşlı Sarkozinin vəkilləri tərəfindən verilən apelyasiya iclasında prokurorun tələbini təmin edib.
Seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə ittiham olunan keçmiş prezident həbsdən azad edildikdən sonra, ona elektron ayaq bilərziyi taxılmalıdır.
Onun işində təqsirləndirilən şəxslər və ya şahidlərlə əlaqə saxlaması qadağandır.
Müşviq Tofiqoğlu
KONKRET.az
