Sabirabadda 1 yaşlı uşaq xəstəxanada öldü – YENİLƏNİBbackend

Sabirabadda 1 yaşlı uşaq xəstəxanada öldü - YENİLƏNİB

Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub.

KONKRET.az xəbər verir ki, azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15 radələrində vəfat edib.

Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb. APA

******

09:58

Sabirabadda 1 yaşlı uşaq ölüb.

KONKRET.az xəbər verir ki, A.N (şərti ad) xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub.

İlkin araşdırmalarla onun qızılcadan öldüyü ehtimal edilir.

Araşdırma aparılır.APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*