Sabirabadda zəncirvari qəza: 7 nəfər xəsarət aldıbackend

Sabirabadda zəncirvari qəza: 7 nəfər xəsarət aldı

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az bildirir ki, “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət və daha iki nəfər xəsarət alıb.

Xəsarət alanlar Şirvan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*