Sabirabadda zəncirvari yol qəzası oldu – xəsarət alanlar varbackend

Sabirabadda zəncirvari yol qəzası oldu - xəsarət alanlar var

Sabirabadda baş verən zəncirvari qəza zamanı xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə ötən axşam şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, iki “Mersedes” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Qəza nəticəsində rayonun Şıxlar kənd sakini 1995-ci il təvəllüdlü Rzayev Samid Bayram oğlu və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yüngül xəsarət aldığından şəxsiyyəti məlum olmayan bir nəfər ilk tibbi yardımdan imtina edib. S.Rzayev isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*