“Şamaxı” evdə “Sumqayıt”ı məğlub etdibackend

“Şamaxı” evdə “Sumqayıt”ı məğlub etdi

Azərbaycan Premyer Liqasının XXII turunda “Şamaxı” evdə “Sumqayıt”ı qəbul edib.

KONKRET.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb -1:0.

“Şamaxı”nın qələbə qolunu 60-cı dəqiqədə Brahim Konate vurub.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran bölgə təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib. “Sumqayıt” isə 22 xalla altıncıdır.

Qeyd edək ki, günün son matçı “Bank Respublika Arena”da “Sabah”la “Turan Tovuz” arasında baş tutacaq. Turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*