Saqatelyan ÇƏRƏNLƏDİ: “Ramil Səfərovu dünyaya gətirən Azərbaycan Qarabağ ermənilərini qoruya bilməz” – VİDEObackend

Saqatelyan ÇƏRƏNLƏDİ: "Ramil Səfərovu dünyaya gətirən Azərbaycan Qarabağ ermənilərini qoruya bilməz" - VİDEO

İrəvanda yenə baş nazirin istefası tələbi ilə aksiya keçirilir.

KONKRET.az xəbər verir ki, bu dəqiqələrdə İrəvanın mərkəzi küçələri ilə Paşinyanın istefası tələbi ilə çoxminlik yürüşü keçirilir. Etirazçılar Fransa meydanına doğru yürüş ediblər.

Adəti üzrə mitinqdə mitinqin təşkilatçısı İşxan Saqatelyan çıxış edib. Saqatelyan “dirijor”larının diqtəsi ilə bu gün yenə Azərbaycanı “hədəfə” alıb. O, yeni sərsəmləmələrlə kütlənin “yaddaşını” təzələmək istəyib.

“Bakıda və Sumqayıtda ermənilərin soyqırımını təşkil edən, Ramil Səfərovu dünyaya gətirən Azərbaycanın “Arsax” ermənilərinin təhlükəsizliyini təmin edə biləcəyinə inananların hamısı ya xəstədir, ya da satqındır”, – Saqatelyan çərənləyib.

Bu dəqiqələrdə İrəvanın mərkəzi küçələri ilə müxalifətin Paşinyanın istefası tələbi ilə çoxminlik yürüşü keçirilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*