“Seçilməsəm, ölkə qan gölünə çevriləcək” – Tramp amerikalıları HƏDƏLƏDİbackend

“Seçilməsəm, ölkə qan gölünə çevriləcək" - Tramp amerikalıları HƏDƏLƏDİ

ABŞ-ın keçmiş lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmədiyi təqdirdə ABŞ-ın “qan gölünə” çevriləcəyinə inanır.

KONKRET.az xəbər verir ki, o bu barədə şənbə günü Ohayo ştatının Dayton şəhərində tərəfdarları qarşısında çıxış edərkən danışıb.

“Seçilməsəm, qan gölməçəsi olacaq. Və bu baş verəcək ən az şeydir”, – deyə Tramp bildirib.

O, Baydeni Amerika demokratiyası üçün təhlükə adlandırıb:

“Baydenin bütün fəlakətlərini aradan qaldırmağın ən asan yolu məni Ağ Evə qaytarmaqdır. Və biz bunun öhdəsindən gələcəyik. Biz ABŞ-ı yenidən böyük ölkəyə çevirəcəyik”, – deyə Tramp əlavə edib..

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*