Ermənistanın paytaxtı İrəvan şəhərinin Avan inzibati rayonunun bir hissəsində elektrik enerjisinin verilişi kəsilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata görə, elektrik enerjisinin kəsilməsi həm Avan rayonunda, həm də yaxınlıqdakı Arinc kəndində ümumilikdə 80-dən çox ünvanı əhatə edib. Baş vermiş hadisənin dəqiq səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
Enerji təhlükəsizliyi üzrə ekspert, siyasi elmlər doktoru Vahe Davtyan isə özünün “Facebook” hesabında paylaşdığı məlumatda qeyd edib ki, yaranmış problem səbəbindən elektrik enerjisinin bərpası yerli vaxtla saat 18:00-a qədər çəkəcək.
