Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü – Fotobackend

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu Ağdam rayonunun Abdal kəndinə köçürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə onun oğlu Şamil sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Müşfiq Abbasov 44 günlük Vətən müharibəsində iki oğlu – Şamil və İntiqamla birlikdə könüllü olaraq döyüşlərə qatılıb. O,  Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ağdamın Abdal-Gülablı kəndində doğulan şəhidimiz Quzanlı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdu.

Prezident İlham Əliyevin sərəncamları ilə M. Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.\\qafqazinfo.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*