Şəmkirdə yük avtomobili aşdı – ölənlər varbackend

Şəmkirdə yük avtomobili aşdı - ölənlər var

Şəmkir rayon Qapanlı kəndində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, kiçiktutumlu yük maşınının idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Ölənlərdən birinin Şəmkir rayonunun Mahmudlu kənd sakini, 1988-ci il təvəllüdlü Tural İsgəndərli olduğu məlum olub.

Digərinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*