Şəntop Gəncədə ballistik raket düşən yerə baxdı – VİDEObackend

Şəntop Gəncədə ballistik raket düşən yerə baxdı - VİDEO

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və onun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhrində səfərdə olub.

KONKRET.az xəbər verir ki, qardaş ölkənin məclis başqanı işğalçı Emənistan silahlı qüvvələri tərəfindən son raket atıldığı yaşayış massvinə baş çəkib. Mustafa Şəntop hadisə nəticəsində dünyasını dəyişən soydaşlarımızın yaxınlarına başsağlığı verib, raket zərbəsi düşən əraziyə baxıb.

Məclis başqanı bildirib ki, işğalçı Ermənistanın sivil insanları hədəf alması onların bir daha cinayətkar bir rejim olduğunu bütün dünyaya göstərib.

Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha bildirən Mustafa Şəntop ölkəmizin haqlı müharibəsinin Türkiyə tərəfindən tam şəkildə dəstəklədiyini növbəti dəfə qeyd edib. Qardaş ölkənin rəsmisi Gəncədən bütün dünyaya bir daha Birləşmiş Millətlər Təşkilatının (BMT) Dağlıq Qarabağla bağlı qəbul etdiyi qənamələri xatırladıb.

Məlumat üçün bildirək ki, Türkiyə Böyük Millət Məclisi Mustafa Şəntopla yanaşı Azərbaycana, o cümlədən Gəncə şəhərinə AKP, Cümhuriyyət Xalq Partiyası, eləcədə insan haqları komissyasının sədri və qardaş ölkənin digər dövlət rəsmiləri gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*