Serbiya və Kosova ANLAŞDIbackend

Serbiya və Kosova ANLAŞDI

Serbiya və Kosova münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç, Kosova baş naziri Albin Kurti və Avropa İttifaqı nümayəndələri bunun üçün Şimali Makedoniyada bir araya gələrək 12 saatlıq danışıqlar aparıblar.

Nəticədə bir sıra məsələlər üzrə razılıq əldə olunub. Anlaşma əldə olunan məsələlər arasında Kosovada serb icmasının bələdiyyəsinin yaradılması da var.

Görüşdə Aİ-ni xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Jozep Borrel təmsil edib. Həmçinin Şimali Makedoniya təmsilçisi də toplantıya qatılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*