Sergey Filatov vəfat etdibackend

Sergey Filatov vəfat etdi

Rusiya prezidenti Boris Yeltsinin administrasiyasının keçmiş rəhbəri (1993-1996), Sosial-İqtisadi və İntellektual Proqramlar Fondunun prezidenti Sergey Filatov vəfat edib.

KONKRET.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, o, 87 yaşında dünyasını dəyişib.

Filatov 1990-cı ildə RSFSR xalq deputatı seçilib, Ali Sovetin Vicdan, Din, mərhəmət və xeyriyyə komitəsinin, eyni zamanda İqtisadi İslahat və Mülkiyyət Komitəsinin üzvü olub.

1991-ci ilin noyabrından RSFSR Ali Soveti sədrinin birinci müavini, 1992-ci ilin aprelindən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*